DokuBaku BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALI

blog

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı

Festival haqqında

DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

Festival bu il Oktyabrın 2-dən 6-dək artıq üçüncü dəfə baş tutacaq.

Festivalın bu ilki mövzusu “Həqiqilik”-dir.. Bu seçimi etməyimizdə ilkin şərt daha və daha çox qütbləşən dünya anlayışı və kəsişmə nöqtələrini tapmaqda çətinlik çəkən parçalanmış cəmiyyətlər olub. Həqiqilik sözünün izahından birində deyilir: Dürüst olmaq keyfiyyəti, həmçinin hər hansı yalan və yalan tərkibli ifadə danışmamaq.
Din, cəmiyyət və siyasətdə Mütləq Doğruluq yoxdur. Mövcudiyyət çoxluğu hökm sürür. Bizə görünən və ya görünməyən paralel “həqiqətlər” – “yalanlar” – “həyatlar” kimi. Hər kəsin öz təcrübəsinə əsaslanan baxış bucağı var. Həqiqilik mövzusunu önə sürərək biz ideyaların mübadiləsinə təkan vermək və o cümlədən, sizinlə eyni düşüncəni paylaşan və ya paylaşmayan fikirləri dəyərləndirməyi və əlbəttə, söylənilənlərin hər birini bərabər səviyyədə mənalı hesab etmək, öyrənmək istəyirik. Biz DokuBaku olaraq bu coşğun fikirlər çoxluğundan ilhamlanaraq, bizim öz baxış bucağımıza zidd olan və hətta, bizə qarşı olan, toqquşan fikirləri müşayiət edərək, bu coşqunu bayram etmək istəyirik. Bütün həqiqətlər üçün təhlükəsiz məkan yaradılmasında qatqımızın olmasını istəyirik.

Geniş auditoriya üçün nəzərdə tutulmuş bənzərsiz, həyat kimi təkrarı olmayan beynəlxalq sənədli film proqramı ilə yanaşı, DokuBaku BSFF yerli sənədli film rejissorlarının filmlərini nümayiş etdirməklə onları dəstəkləməyə davam edəcək. Festival film nümayişləri ilə yanaşı müxtəlif sahələrin, o cümlədən, yerli və əcnəbi kino xadimlərinin diskussiya və debatları ilə də zənginləşəcək.

Biz hər il olduğu kimi bu il də DokuBaku-nun öz rəngarəng kollektivi, film-proqramı və tədbirləri ilə Azərbaycanın mədəni həyatındakı, kino camiəsindəki boşluğu dolduracağına və bu sahədə əvəzsiz bəhrəsini verəcəyinə inanırıq.

background

REQLAMENT İLƏ TANIŞ OLUN

Bizi Twitter-də izlə

DokuBaku BSFF

DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

  • Ünvan: Şamil Əzizbəyov 103, Bakı, Azərbaycan.
  • Telefon: +994 50 375 9959
  • E-poçt: info@dokubaku.az
background