DokuBaku BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALI

blog

DokuBaku Beynəlxalq Sənədli Film Festivalına film göndərənlərə müraciət

Müraciət forması

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı dünyanın müxtəlif ölkələrinin istehsalı olan ən yaxşı sənədli filmləri sizlərə nümayiş etdirmək üçün Bakıya gətirir. DokuBaku Azərbaycanın ilk müstəqil və yeganə sənədli film festivalıdır.

DokuBaku BSFF olaraq, həm qısa və həm də, tammetrajlı, hibrid və digər kreativ sənədli film janrlı filmlər nümayiş edirik. Qısametrajlı sənədli filmlərə 40 dəqiqəyə qədər, tammetrajlı filmlərə isə 60 dəqiqədən çox olan sənədli filmlər daxildir. Biz həyəcanverici, innovativ hekayəsi, kreativ həlli olan sənədli filmlər axtarışındayıq. DokuBaku Beynəlxalq Sənədli Film Festivalına göstərdiyiniz marağa və bizə qatıldığınıza görə sizə təşəkkür edirik.

DokuBaku BSFF 2019-a FİLM QƏBULU açıq elan olunur. Sizin filmlərinizi böyük həyacanla gözləyirik. DokuBaku 2019-da görüşənədək!

Film üçün müraciət formasının son qəbulu:

Müraciət üçün son tarix 15 avqust, 2019-cu ildir. Festivala seçilmiş filmlərin qısa siyahısı sentyabrın əvvəli bizim saytda elan olunacaq. Yalnız filmi müsabiqəyə düşmüş müəlliflərlə əlaqə saxlanılacaq.

Filmi DokuBaku-ya təqdim etməzdən öncə:

Sizdən festivalın reqlamentini oxumağınız xahiş olunur. Əgər bununla bağlı sualınız yaransa, bizimlə əlaqə saxlamağı unutmayın. E-poçt adresimiz: info@dokubaku.az



QEYD: Qeydiyyatdan keçmək üçün aşağıdakı "BURADAN GÖNDƏR" düyməsinə basaraq "Müraciət Forması"nı doldurmağınız lazımdır.

background

REQLAMENT İLƏ TANIŞ OLUN

Bizi Twitter-də izlə

DokuBaku BSFF

DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

  • Ünvan: Şamil Əzizbəyov 103, Bakı, Azərbaycan.
  • Telefon: +994 50 375 99 59
  • E-poçt: info@dokubaku.az
background