DokuBaku BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALI

blog

DokuBaku Beynəlxalq Sənədli Film Festivalında könüllü olmaq istəyənlərə müraciət

Müraciət forması

Əgər siz film izləməyi sevirsinizsə, yeni tanışlıqlar, dostlar qazanmaq, şən, səs-küylü atmosfesrdə görkəmli insanlarla ünsiyyət qurmaq və daha yüzlərlə yeni təcrübələr əldə etmək istəyirsinizsə, o zaman DokuBaku-nun könüllülər dəstəsinə üzv olun.

Biz, öz enerjisi və vaxtını, Azərbaycanın ilk və yegənə müstəqil sənədli film festivalı olan, 02-06 oktyabr tarixlərində baş tutacaq DokuBaku BSFF keçirilməsinə dəstək ola biələcək, entuziast və sadiq könüllülər dəstəsi axtarışındayıq.

Könüllü olaraq sizin festival ərəfəsində müxtəlif rollarınız olacaq:

  • • Kassada durmaq – bilet satışı;
  • • Tamaşaçılarla iş – onları lazımı ünvana istiqamətləndirmək və ya zalda yerləşdirmək;
  • • Foto/video, müsahibə, festival haqda məqalə yazmaq və daha başqa maraqlı işlər.

Necə müraciət etməli:

Müraciət formasında tələb olunan suallara cavablandırmaq lazımdır.
Əlavə sualınız yaranarsa, info@dokubaku.az e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə qura bilərsizniz.

    Tələblər:
  • • 16 yaşdan yuxarı olmalı;
  • • Festival ərəfəsində, ümumi olaraq ən azı 20 saatını ayırmalı;
  • • Festival öncəsi könüllərin toplantıları və təlim sessiyalarında iştirak etməli;
  • • Əsas əlaqə vasitəmiz olan e-poçtlara vaxtında cavab verməli.

Sizi 3-cü DokuBaku BSFF komandasının bir parçası kimi görməkdən məmnun olarıq.

QEYD: Festivala qatılmaq üçün aşağıdakı "BURADAN GÖNDƏR" düyməsinə basaraq "Müraciət Forması"nı doldurmağınız lazımdır.

background

REQLAMENT İLƏ TANIŞ OLUN

Bizi Twitter-də izlə

DokuBaku BSFF

DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

  • Ünvan: Şamil Əzizbəyov 103, Bakı, Azərbaycan.
  • Telefon: +994 50 375 99 59
  • E-poçt: info@dokubaku.az
background