2-6 Oktyabr 2019

DokuBaku BSFF BİLET AL ƏTRAFLI

FESTİVAL HAQQINDA

img
img
img
img
background

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı haqqında.

DokuBaku Azərbaycanın ilk və yeganə müstəqil sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

Festival artıq üçüncü dəfə bu ilin oktyabr ayının 2-dən 6-dək baş tutacaq. Festivalın bu ilki mövzusu “Həqiqilik”-dir. Bu seçimimizə əsas şərt daha çox qütbləşən dünya anlayışı və kəsişməsi və özünə yer tapması çətinləşmiş, parçalanmış cəmiyyətlər olub. Doğruluq tərifinin birində deyilir: dürüst olmağın keyfiyyəti və ehtiva etməmə və ya yalan danışmama. Geniş auditoriya üçün nəzərdə tutulmuş bənzərsiz, həyat kimi təkrarı olmayan beynəlxalq sənədli film proqramı ilə yanaşı, DokuBaku BSFF yerli sənədli film rejissorlarının filmlərini nümayiş etdirməklə onları dəstəkləməyə davam edəcək.

ƏTRAFLI BİLET AL






REQLAMENT İLƏ TANIŞ OLUN

PROQRAM

  • 2-6 Oktyabr

    Goethe Zentrum - Kapellhaus

    • 2-6 oktyabr, 2019 saat (təyin edilməyib)
    • 28 May küçəsi 35
  • 2-6 Oktyabr

    The Landmark Hotel Baku

    • 2-6 oktyabr, 2019 saat (təyin edilməyib)
    • Nizami küçəsi 90A
background

Partnyorlar

logo
logo
logo
logo
logo
logo

KOMANDA

İmam Həsənov
actor actor
Veronika Yanatkova
actor actor
Oktay Namazov
actor actor
Aygün Rəşidova
actor actor
Afaq Yusifli
actor actor
Vəfa Əlizadə
actor actor

İmam Həsənov kino və teatr rejissorudur. Müəllifi olduğu ilk tammetrajlı filmi “Müqəddəs İnək” (Holy Cow), IDFA kimi görkəmli beynəlxalq kinofestivalda iştirak edən ilk Azərbaycan filmi olub. Film bir neçə festivalda beynəlxalq mükafata layiq görülüb. Bundan başqa, həm müxtəlif müstəqil teatrlarda bir sıra tamaşaların quruluşçusu və həm də bir neçə qısametrajlı sənədli və bədii filmlərin rejissorudur. Yaradıcılığı ilə mədəni sferada kök salmış rejissor, yerli sosial normalara qarşı çıxan yeni dəyərləri təbliğ etməklə, cəmiyyətdəki zidiyyətlərə toxunan filmləri və tamaşaları ilə həyata işıq saçır. Hazırda o, bədii və sənədli film layihələri və həmçinin, yeni teatr forması olan tamaşalar üzərində fəaliyyətini davam etdirir. İmam, Azərbaycanın ilk beynəlxalq və müstəqil sənədli film festivalı olan DokuBaku BSFF-nın həmtəsisçisi və direktoru, habelə, “ÇıxıŞ – Cinema&Theater” müstəqil Kino-Teatrının təsisçisi və direktorudur.

Veronika prodüser, rejissor və DokuBaku BSFF-nın program tərtibçisidir. O, sosial-siyasi motivlərə xüsusi diqqət ayıraraq, əsasən, sənədli film sahəsində çalışıb. Bununla yanaşı, toxuculuq sənayesində qobal təchizat zənciri, Cənub və Şimal dinamikası, Ruandada mövcud feminist hərəkatı və Post-Sovetin Qafqaz regionunda siyasi reallıqları araşdıran mövzular üzərində çalışıb. Veronika həm də, Azərbaycanın ilk müstəqil sənədli film festivalı olan DokuBaku BSFF-ın həmtəsisçisidir.

1987-ci ildə Şəki şəhərində anadan olub. 2012-ci ildə Antalya Akdeniz Universitetinin İctimaiyyətlə Əlaqələr və Reklam fakültəsindən məzun olmuş və magistratura təhsilini sənədli film üzrə almışdır. Həmçinin sənədli və bədii film layihələrində quruluşçu operator olaraq fəaliyyət göstərir.  2014-cü ildən bəri 8 qısa sənədli filmin müəllifidir.

Aygün Rəşidova Azərbaycanda fəaliyyət göstərən müstəqil multimedia jurnalistidir. Rəşidova 2014-cü ildən yerli və xarici media platformaları ilə əməkdaşlıq edərək, əsasən ölkədə olan sosial problemləri işıqlandırır.

Afaq Yusifli Bakı Film İnstitutunun məzunudur. O, bir neçə qısa filmin müəllifidir. Wowoman Wovideo Cinematography layihəsi çərçivəsində bir sıra yerli mütəxəssislərdən kino dərsləri alıb. 2018-ci ildə KinoSoria Filmtizen-nin, İspaniya, Soria şəhərində keçirilən ERASMUS+ layihəsinin iştirakçı olub. Hal-hazırda eksperimental rejissura üzrə dərs alır və sənədli film dərsləri üzrə "I-Mən" adlı qısa sənədli film üzərində işləyir.

Vəfa Əlizadə 1991-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsindən 2013-cü ildə məzun olub. Son 3 ili marketing sahəsində çalışıb və hal-hazırda freelance kontent yaradıcısı olaraq fəaliyyət göstərir.

background

DokuBaku Beynəlxalq Sənədli Film Festivalına film qəbulu açıq elan olunur. Müraciət üçün son tarix 15 avqust, 2019-cu ildir. Festivala seçilmiş filmlərin siyahısı sentyabr ayının əvvəli bizim saytda elan olunacaq. Yalnız filmi müsabiqəyə düşmüş müəlliflərlə əlaqə saxlanılacaq.

BİLET AL

ƏLAQƏ QUR

Bizi Twitter-də izlə

DokuBaku BSFF

DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

  • Ünvan: Şamil Əzizbəyov 103, Bakı, Azərbaycan.
  • Telefon: +994 50 375 99 59
  • E-poçt: info@dokubaku.az
background