DokuBaku BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALI

blog 13.09.2019

DokuBaku BSFF, 2019 – 32 ölkə, 181 film!

    3-cü DokuBaku BSFF-a 32 ölkədən 181 sənədli tammetrajlı və qısametrajlı film daxil olub.

    DokuBaku müsabiqə proqramına müraciət edən bütün iştirakçılara öz minnətdarlığını bildirir və kinosevərlərin nəzərinə çatdırmaq istəyir ki, bu il DokuBaku BSFF-ə Azərbaycan da daxil olmaqla, 32 ölkədən 181 film qəbul olunub. Bu filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır. 138 qısametrajlı filmin 22-si isə yerli istehsal filmləridir.

    “Artıq 3-cü dəfə baş tutan DokuBaku-ya bu il Cənubi Amerikadan tutmuş, Kanada və hətta Yaponiyadan da filmlər daxil olub. Keçən illə müqayisə aparsaq deyə bilərik ki, DokuBaku ildən-ilə böyüyür, dünya kino camiəsində tanınmağa və qəbul olunmağa başlayır. Bu il “Yerli qısa film müsabiqəsi”nə ölkəmizdən 20-dən çox sənədli film təqdim olunub. Bu, həm sevindirici, həm də kədərli haldır. Çünki filmlərin çoxu qeyri-professional olduğundan müsabiqəyə daxil ola bilməyib. Bundan başqa, artıq 3-cü dəfə keçirilən DokuBaku BSFF-a hələ yerli tammetrajlı filmlə müraciət edən olmayıb. Ümid edirik ki, növbəti illərdə sənədli filmlərə olan maraq daha da artacaq və azərbaycanlı rejissorlar tammetrajlı sənədli filmlər ərsəyə gətirib, həm DokuBaku-nun, həm də dünyanın müxtəlif prestijli sənədli filmlər festivallarının əsas proqramında iştirak edən filmlər təqdim edə biləcəklər” – deyə, festivalın direktoru İmam Həsənov bildirib.

    Festivalın seçim komissiyası artıq bütün müraciətləri nəzərdən keçirib və seçilmiş filmlərin siyahısını filmsevərlərə təqdim edir. Festivalın əsas – tammetrajlı və qısametrajlı müsabiqəsinin proqramı, eləcə də, proqramdankənar nümayişlərlə festivalın rəsmi saytında (dokubaku.az) tanış olmaq mümkündür.

    Nəzərinizə çatdırırıq ki, DokuBaku BSFF bu il üçüncü dəfə 02-06 oktyabr tarixlərində baş tutacaq.




    DİGƏR XƏBƏRLƏR


    DokuBaku BSFF, 2019 – Filmlərin qısa siyahısı
    DokuBaku BSFF 2019-un Münsiflər Heyəti



background


Bizi Twitter-də izlə

DokuBaku BSFF

DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

  • Ünvan: Şamil Əzizbəyov 103, Bakı, Azərbaycan.
  • Telefon: +994 50 375 99 59
  • E-poçt: info@dokubaku.az
background