DokuBaku BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALI

blog 15.09.2019

DokuBaku BSFF 2019-un Münsiflər Heyəti

    3-cü DokuBaku Beynəlxalq Sənədli Film Festivalı beynəlxalq və yerli münsiflər heyətinin tərkibini elan edir.

    Azərbaycanda sənədli filmin inkişafı və dəstəklənməsi məqsədlərini güdən DokuBaku-nun, hər il olduğu kimi, bu il də münsiflər heyəti 2 tərkibdən, yerli və əcnəbi kino nümayədələrindən ibarətdir.



    blog blog

      “Yerli və Beynəlxalq Qısametrajlı Sənədli Film”-lərin münsiflər heyəti:




background

MÜNSİFLƏR HEYƏTİ

Georg Seesslen
actor actor
Heleen Gerritsen
actor actor
Tinay Muşdiyeva
actor actor
Paşa Təbrizli
actor actor
İradə Bağırzadə
actor actor
Mirbağır İsmayılov
actor actor

1948-ci ildə Münxen şəhərində anadan olub. İncəsənət üzrə “Akademie der Bildenden Künste”-də təhsil alıb, müəllif və redaktor kimi „Roloff & Seesslen“ nəşriyyat şirkətinin təsisçisi olub, orada ixtisaslaşmış film tarixi və nəzəriyyəsi üzrə işləyir. O vaxtdan bəri müxtəlif jurnallarda "Epd Film", "Wespennest", "Kursbuch", "taz", "Zeit" və "Freitag" kimi qəzetlərdə iştirak edir. Stephen Spielberg, Lars von Trier, Christoph Schlingensief və başqaları haqqında nəşr olunan kitablar, müxtəlif universitetlərdə və film məktəblərində film təhlili və mədəni tənqid dərsləri verir. Onun axırıncı işlərinin mövzuları: „Freedom & Control” – “Azadlıq və İdarəetmə”, „Donald Trump seen as Media Star“– “Media Ulduzu olaraq görülmüş Donald Trump" və „Posthuman Sex Fantasies” – “Ölümdən sonrakı Cinsi Fantaziyalar"-dır.

Hollandiyada 1978-ci ildə anadan olub. O, Amsterdam və Sankt-Peterburqda Slavyan Dilləri və İqtisadiyyatı öyrənmişdir. 2003-cü ildən Almaniyada yaşayır, burada film istehsalında və müxtəlif film festivallarında kurator olaraq çalışır. 2009-cu ildə ilk tammetrajlı sənədli filmini hazırlayır və özünün film istehsalı şirkətini qurur. 2014-cü ildən 2016-cı ilə qədər Noybrandenburq şəhərində keçirilən “Avropa Sənədli Film Festivalının” – dokumentART-ın direktoru olub. 2017-ci ilin oktyabr ayından bu günə qədər DFF - Deutsches Filminstitut & Filmmuseum (Alman Film İnstitutu) tərəfindən təşkil olunan goEast – Mərkəzi və Şərqi Avropa Filmləri Festivalının rəhbəridir.

1979-cu il doğumludur (Balakən, Azərbaycan). O, Almaniyanın JLU Giessen və HU zu Berlin universitetlərində fəlsəfə təhsili almışdır və 2009-cu ildə təhsilini bitirmişdir (HU zu Berlin). Hazırda antik yunan fəlsəfəsi sahəsində dissertasiya və tədqiqat layihəsi üzərində işləyir (Vyana Universiteti). 2018-ci ildən Bakı Araşdırmalar İnstitutunda fəaliyyət göstərir.

1975-ci ildə Təbriz şəhərində anadan olub. Paşanın bədii fəaliyyət sahələrinə kino, foto və poeziya daxildir. Təbriz Gənclər Kino Dərnəyində tam rejissorluq kursunu da bitirmiş, Paşa, foto sahəsində "Müasir Azərbaycanın Simaları" kitabını iki dildə, Farsca və İngiliscə nəşr etdirib. Yaponiyanın Asahi Shimbun Foto Festivalı Beynəlxalq Ruhi Sağlamlıq Foto Festivalında Qızıl Medalla təltif olunub, Firoozeh Beynəlxalq Foto Festivalında üçüncü yerə layiq görülüb, Sloveniyada keçirilən B.W Portret Festivalında və digər beynəlxalq və yerli festivallarda müxtəlif mükafatlar alıb. Bundan başqa o, iki şeir kitabını da nəşr etdirib: "Sən İsmayıl olmayacaqsan" və "Sən mənim tanrım deyilsən". Paşa hazırda məşhur azərbaycanlı müğənni Alim Qasımovun həyatından bəhs edən sənədli film üzərində çalışır.

1960-cı ildə Bakıda anadan olub. O, Bakı Dövlət Universitetinin Rus Filologiyası fakultəsinin bakalavr dərəcəsini bitirib. Hazırda Azərbaycan Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvüdür. 2010-cu ildə Rüstəm İbrahimbəyov adına Bakı Kino Məktəbini ssenari yazısı üzrə diplomla bitirib. ADARI FILMS özəl film kinostudiyasının rəhbəridir.

1988-ci ildə Lənkəranda doğulub. 2009-cu ildə LDU-nun İngilis dili və ədəbiyyat ixtisasını bitirib. 2008-ci ildən tvdə kino verilişləri hazırlayır. 2014-ci ildən Film Fiction jurnalında redaktor və müəlliflərdən biridir. Rapsodiya (2015), Duman bizi aparacaq (2016) sənədli filmlərinin və Məni iri planda çəkmə (2017) qısa mokumentarinin müəllifidir. Hazırda "28 metres below sea level" sənədli filminin pre-prodakşını üzərində çalışır.

background





DİGƏR XƏBƏRLƏR


DokuBaku BSFF 2019 – 32 ölkə, 181 film
DokuBaku BSFF 2019 – Filmlərin qısa siyahısı


Bizi Twitter-də izlə

DokuBaku BSFF

DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

  • Ünvan: Şamil Əzizbəyov 103, Bakı, Azərbaycan.
  • Telefon: +994 50 375 99 59
  • E-poçt: info@dokubaku.az
background