DokuBaku BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALI

blog 07.12.2019

DokuBakuLab uğurla sona çatdı

DokuBaku BSFF Azərbaycandan olan iştirakçıların öz sənədli filmlərinin ən yüksək bacarıqlarla çəkilə bilinməsi üçün təcrübəli təlimçilər tərəfindən aparılacaq bir aylıq intensiv proqramını başa vurdu.

Təlim 11 Noyabr - 06 Dekabr 2019-cu il tarixləri arasında, Bakıda DokuBaku BSFF və Restart Film School-un (Xorvatiya) birgə layihəsi çərçivəsində, Azərbaycan Kinematoqrafçılar İttafaqının dəstəyi ilə həyata keçirildi.

Təlimdə 10 nəfərdən ibarət yerli gənc rejissorlar iştirak edirdi. Noyabrda keçirilən təlimin birinci hissəsində İgor Bezinović ilə rejissorluq və təhkiyyə üzrə nəzəri və praktiki dərslər və, dekabrda iştirakçılar Hrvoslava Brkušić ilə ikinci hissədə çəkdikləri videomaterialları redaktə etdi. Qeyd edək ki, təlimlər tamamilə pulsuz idi və hələ də online şəkildə davam etməkdədir. Ümid edirik ki, bu yaxınlarda biz həmin filmləri DokuBaku BSFF çərçivəsində izləyə biləcəyik.

DokuBakuLab, DokuBaku Film School-un (Xorvatiya) ilk addımlarından biridir. DokuBaku BSFF 2020-ci ildə Sənədli film Məktəbinin açılışına hazırlaşır. DokuBaku Sənədli Film Məktəbi, diqqətinizə yetirək ki, DokuBaku-nun əsasında yaranacaq və gənc, perspektivli və peşəkar rejissorlar üçün nəzərdə tutulur. Məqsəd, Azərbaycanda sənədli filmin inkişafına təkan verməkdən, bu sahəyə olan marağı artırmaqdan və gəncləri sənədli filmə cəlb etməkdən ibarətdir. Nəzərinizə çatdıraq ki, daha ətraflı məlumat əldə etmək üçün bizi izləməyi unutmayın.




DİGƏR XƏBƏRLƏR


DokuBaku BSFF, 2019 – Filmlərin qısa siyahısı
DokuBaku BSFF 2019-un Münsiflər Heyəti



background


Bizi Twitter-də izlə

DokuBaku BSFF

DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

  • Ünvan: Şamil Əzizbəyov 103, Bakı, Azərbaycan.
  • Telefon: +994 50 375 99 59
  • E-poçt: info@dokubaku.az
background