DokuBaku BEYNƏLXALQ SƏNƏDLİ FİLM FESTİVALI

blog 10.12.2019

“DokuBaku on Tour” müvəffəqiyyətlə sona çatdı

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı mövcud olduğu 3 il ərzində məhz bu il ilk dəfə Azərbaycanın regionlarına üz tuta bildi. Bu proqramın əsas məqsədi regionlarda sənədli filmin inkişafı, ona marağı artırmaq, diskusiyyaların aparılması, mütəxəssislər tərəfindən seminarların keçirilməsi və əlbəttə ki, gənclərdə filmə, incəsənətə marağın artmasını güdürdü.

    Festival öncəsi nümayişlər

    DokuBaku Turda-nın ilk nümayişi sentyabr ayında Sabunçu Rayonunun Gənclər Evində baş tutdu. Burada Marta Prusun “Hüdudları Aşaraq” filmi nümayiş olundu.

    Filmdə atletlərin hazırlanmasında fiziki və zehni təzyiqə əsaslanan müstəsna rus məşqetmə üsulları lentə alınıb. Estetik gözəlliyi ilə insanı riqqətə gətirən filmdə idmanın tələb etdiyi “səhnə arxası” əzablar açıq şəkildə yer alır.

    Növbəti nümayişlərimiz isə Astara və Lənkəranda baş tutdu. Bu iki regionda 2 film nümayişi və konsertlər təşkil olundu.

    2016-cı ildə istehsal olunan “Qogitanın yeni həyatı” filmində Qogita adlı qəhrəmanın həyatını sıfırdan başlamasından və həyat yolundakı çətinliklərdən bəhs olunur. Astarada “Astara bookhouse & cafe”-də keçirilən nümayişdə isə Rina Castelnuovo və Tamir Eltermanın “Muhi - ümumiyyətlə müvəqqəti” filmi nümayiş edildi. Baxış və müzakirədən sonra tədbir iştirakçıları “Mahalla” qrupunu dinləmək imkanı qazandılar.

    2017-ci ildə istehsal olunan filmdə 7 ildir Qəzzadakı evinə həsrət olan, İsrail xəstəxanasında yaşayan qəhrəmanın taleyindən bəhs olunur.

      Festival öncəsi nümayişlər

      Oktyabrın 02-06 tarixlərində 3-cü DokuBaku BSFF uğurla başa çatdıqdan sonra festival komandası “DokuBaku on Tour” layihəsi çərçivəsində Azərbaycanın qərb rayonlarında da film nümayişləri keçirib. Komandamız Qazax Gənclər Mərkəzi, Şəmkir Gənclər Mərkəzi, Tovuz Gənclər Evi və Gədəbəy Aşıqlar məktəbində qonaq olub və orda yaşayan insanları film nümayişləri və tamaşalarla sevindirib.

      Bu bölgələrdə 4 film və 2 tamaşa nümayiş olunub.

      Tovuz və Gədəbəydə keçirilən film nümayişlərindən əlavə, cənublu həmyerlimiz Pərviz Bəşərdüstün əsəri əsasında hazırlanan "Arzular Bağı" tamaşası da nümayiş olunub. İmam Jabirowich Həsənowun rejissorluq etdiyi tamaşada baş rolları Əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov ifa edib.

      Qeyd edək ki, Şəmkir və Tovuz şəhərlərində keçirilən nümayişlər DokuBaku BSFF və CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının dəstəyi ilə keçirilib.

      Daha ətraflı: https://www.facebook.com/IDFFDokuBaku

      DokuBaku BSFF bütün tərəfdaşlarına və əlalxüsus da öz komandasına, bu layihələri həyata keçirən və ona dəstək olan bütün həmkarlara öz dərin təşəkkürünü bildirir.

      Qeyd: DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildə İmam Həsənov və Veronika Janatkova tərəfindən yaradılmış festivalın amalı, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.




      DİGƏR XƏBƏRLƏR


      DokuBaku BSFF, 2019 – Filmlərin qısa siyahısı
      DokuBaku BSFF 2019-un Münsiflər Heyəti



background


Bizi Twitter-də izlə

DokuBaku BSFF

DokuBaku Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalıdır. 2017-ci ildən bəri amalımız, dünyanın hər yerindən xüsusi seçilmiş beynəlxalq filmlərin və yerli rejissor və sənədli film istehsalına dəstək məqsədli "Yerli və Beynəlxalq" müsabiqədə sənədli filmlərin sanki sərgisini təqdim etməkdir.

  • Ünvan: Şamil Əzizbəyov 103, Bakı, Azərbaycan.
  • Telefon: +994 50 375 99 59
  • E-poçt: info@dokubaku.az
background